Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-04-2024 , 17:43

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

"Türkiyədə keçirilən seçkilərin özünü də bir demokratiya hesab etmək olar"

"Bu gün istər az təminatlı ailələrə, istər qazi və şəhid ailələrinə göstərilən maddi və mənəvi dəstəyin də bir qismi, məhz bələdiyyələrin üzərinə düşür və bələdiyyələr tərəfindən həyata keçirilir. Bu gün kifayət qədər bələdiyyələr var ki, xatirə lövhələrinin vurulmasını öz maliyyə imkanları hesabına həyata keçirib. Bələdiyyələrin maliyyə imkanları çox olmuş olsa, əhalinin qarşılaşdığı problemlərin həlli həm sürətlənər, həm də yüksək səviyyədə və operativ şəkildə həyata keçirilər".

Bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli danışıb. Sədr qeyd edib ki, bu gün Türkiyədə keçirilən seçkilərin özünü də bir demokratiya bir nümunəsi hesab etmək olar. Bu seçki dövlətin, dərin bir dövlət olaraq, demokratiya nümunəsi ortaya qoydu.

 “Azərbaycanda da istənilən halda Türkiyə təcrübəsindən istifadə olunub. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Bu istiqamətdə işarələr var. Türk dünyası üzrə bələdiyyələr birliyinin əlaqələri mövcuddur. Bu əlaqələrin qurulması və bu əlaqələrin inkişafı və təcrübə mübadiləsi, o cümlədən mövcud təcrübədən istifadə edilməsi Azərbaycan bələdiyyəsini yüksək səviyyəyə gətirib çıxara bilər”-deyə Vüqar Tofiqli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024